Ötən il 65 min Azərbaycan vətəndaşı Rusiyada işləmək icazəsi alıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu informasiya Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin miqrasiya vəziyyəti ilə bağlı göstəricilərində yer alıb.
Mənbə qeyd edir ki, 2021-ci ildə Rusiyada verilmiş iş patentlərinin yarıdan çoxu Özbəkistan vətəndaşlarının payına düşüb.
Agentliyin məlumatına görə, 2021-ci ilin yanvar-dekabr ayları ərzində 2 milyon 221 min 826 əmək patenti verilib ki, onlardan 1 milyon 316 min 569-u Özbəkistan, 787 mini Tacikistan, 65 minə yaxını isə Azərbaycan vətəndaşlarına məxsusdur.
Həmçinin, patentlər Ukrayna (37 min) və Moldova (17 min) vətəndaşlarına da verilib.
Bizim.Media