Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) keçmiş sədr müavini Daulet Yerqojin həbs edilib.
Bizim.Media “Sputnik Qazaxıstan” nəşrinə istinadən xəbər verir ki, bu haqda informasiyanı MTK-nın mətbuat xidməti yayıb.
Müstəntiqlərin fikrincə, Yerqojin yanvar iğtişaşları zamanı dövlətə xəyanətdə şübhəli bilinənlərdən biridir.
Qeyd edək ki, bir müddət əvvəl MTK-nın rəhbəri Kərim Məsimov və onun müavini Anuar Sadıkulov saxlanılmışdı.
Cinayət işinə “Tam məxfi” damğası vurulub.
Bizim.Media