Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə keçiriləcək prezident seçkilərində Xalq Alyansının namizədi olacaq.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Alyansın Milli Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı bildirib.
Ölkədə növbəti ümumi seçkilər - həm prezident, həm də parlament seçkiləri 2023-cü ilin iyununda Türkiyədə keçiriləcək.
Hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milli Hərəkat Partiyası (MHP) bundan əvvəl Xalq Alyansı yaratmışdı.
"Star" qəzeti Baxçalıdan sitat gətirib: "Prezidentliyə namizədimiz bəllidir, bu Rəcəb Tayyib Ərdoğandır. 2023-cü ilin iyununda keçiriləcək seçkilərdə cənab Ərdoğanın böyük fərqlə qalib gələcəyinə, Xalq Alyansının da yeni qələbə qazanacağına inanıram" .
Bizim.Media