İsrail prezidenti İshak Hersoqla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail prezidentinin dəftərxanası məlumat yayıb.
Mənbə qeyd edir ki, dövlət başçıları tezliklə görüş imkanlarını müzakirə ediblər.
Xatırladaq ki, İsrail prezidenti Türkiyəyə səfər edəcək. Səfər martın ortalarında baş tutacaq.
Eyni zamanda Türkiyə nümayəndə heyəti də İsrailə gedəcək.
Bizim.Media