Pakistanın baş naziri İmran Xan bu ay Rusiyaya səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Wion” telekanalı yayıb.
“Pakistanın baş naziri İmran Xan son 23 ildə (sonuncu dəfə Nəvaz Şərif 1999-cu ilin martında səfər edib) Rusiyaya səfər edən ilk baş nazir olacaq”, - Hindistan nəşri qeyd edib.
Rusiyaya dəvətin Rusiya lideri Vladimir Putin tərəfindən edildiyi vurğulanır.
Bizim.Media