Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya və Qazaxıstanın ilk prezidentləri Boris Yeltsin və Nursultan Nazarbayevlə necə spirtli içmək məcburiyyətində qaldığından danışıb.
Bizim.Media xəbər verir ki, bu haqda Belarus lideri “Solovyov Live” YouTube kanalına müsahibəsində deyib.
Kadrlar Rusiya-1 telekanalının efirində və Watch platformasında yayımlanıb.
"Mən içki aludəçisi deyiləm, amma bəzən Yeltsinlə içirdim. Xoşum gəlsə də, gəlməsə də. Ümumiyyətlə spirtli içkiləri bəyənmirəm. Nazarbayev oturub desə ki, "Saşa, bir stəkan içək. Mən ona necə deyim ki, içmirəm?”, deyə Aleksandr Luşenko xatırladıb.
Bizim.Media