Belarus prezidenti Aleksandr Lukaşenko “Solovyov Live” YouTube kanalına müsahibəsində Ukrayna lideri Vladimir Zelenskini “başsız” adlandırıb.
Bizim.Media xəbər verir ki, söhbətin görüntüləri “Rossiya 1” telekanalında nümayiş etdirilib.
O, qeyd edib ki, Kiyev özbaşına qərarlar qəbul etmir:
“Və hətta Zelenski də, məni bağışlayın, bunu ilk dəfə deyirəm, o başsızdır. Belə davranacağını gözləmirdim. Artıq qışqırmağa başlayıb: yox, müharibə olmayacaq. Onu artıq güncə dirəməyə çalışırlar ki, desin ki, müharibə olacaq, hücum edəcəyik və s”.
Bundan əvvəl Rusiya lideri Vladimir Putin Ukrayna prezidenti Vladimir Zelenskinin ölkəsini kənar dövlətlərin tam nəzarəti altına verdiyini bildirib.
Oxşar mövqeyi Rusiyanın xarici işlər naziri Sergey Lavrov da vurğulayıb.
Bizim.Media