BMT-nin baş katibi Antonio Quterreş Çin səlahiyyətlilərindən BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçeletin Çinə, o cümlədən uyğurların yaşadığı Sincan-Uyğur Muxtar Bölgəsinə səfərinə icazə verməsini gözləyir.
Bizim.Media “İnterfaks”a istinadən xəbər verir ki, Quterreş bunu Pekində Çin prezidenti Si Szinpin və Çinin xarici işlər naziri Vanq İ ilə görüşləri zamanı deyib.
"Baş katib İnsan Hüquqları üzrə Ali Komissarlığın İdarəsi ilə Çin hakimiyyəti arasında əlaqələrin komissarın Çinə, o cümlədən Sincana etibarlı səfərini təmin edəcəyinə ümid etdiyini bildirib", - BMT-nin Quterreşlə bağlı bəyanatında deyilir.
Baçeletin Cenevrədəki ofisi keçən ay bildirib ki, rəsminin ilin birinci yarısında Sincana mümkün səfəri ilə bağlı danışıqlar aparılır.
Bizim.Media