86 ton döyüş sursatı olan səkkizinci təyyarə şənbə günü ABŞ-dan Kiyev hava limanına gəlib.
Bizim.Media xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksiy Reznikov deyib.
“Səkkizinci layner Kiyevə gəldi! Silahlı qüvvələrimiz üçün bugünkü sursat yükünün çəkisi 86 tondur! 22 yanvar 2022-ci il tarixindən etibarən ABŞ tərəfdaşlarımız Ukraynaya 650 tondan çox müdafiə texnikası göndəriblər! Davamı olacaq”, - nazir Facebook sosial şəbəkəsində yazıb.
Bizim.Media