"Prezident seçiləcəyim təqdirdə Fransa NATO-nu tərk edəcək".
Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Fransa prezidentliyinə namizəd, “Milli cəbhə” partiyasının lideri, deputat Marin Le Pen deyib.
Qeyd edək ki, 2017-ci ilin prezident seçkilərində “Milli cəbhə” partiyasının lideri Marin Le Pen 10,6 milyon seçicinin (33,94 faiz) səsini toplamağa müvəffəq olub.
Bu, “Milli cəbhə” partiyası üçün rekord göstəricidir.
Bizim.Media