Ukrayna Prezidenti Volodimir Zelenski koronavirusun "Omikron" ştammın yoluxan türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, Ukrayna lideri “Twitter” hesabında türk dilində bunları yazıb:
“Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və həyat yoldaşı hörmətli Əminə Ərdoğanın COVID-19 testinin müsbət çıxdığını həyat yoldaşım Yelena ilə məyusluqla öyrəndik. Dostlarımız Tayyib bəy və Əminə xanıma keçmiş olsun diləklərimizi çatdırır, şəfa arzulayırıq”, - deyə V.Zelesnki yazıb.
Bizim.Media
