Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan koronavirusa yoluxub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti "Twitter" hesabında paylaşım edib.
"Bu gün yüngül simptomlardan sonra həyat yoldaşımla keçirdiyimiz COVID-19 testimizin nəticəsi müsbət oldu."Omikron" ştammı olduğunu öyrəndiyimiz virusu yüngül keçirdirik. İşimizin başındayıq. Evdən işləməyə davam edəcəyik. Dualarınızı gözləyirik", - deyə Ərdoğan əlavə edib.
Bizim.Media
