Ukraynada seçki hazırlıqları BAŞLADI – Əsas namizədlər və SEÇİLMƏ ŞANSLARI

ABŞ Prezidenti Donald Trampın təzyiqləri fonunda artıq Ukraynada seçki hazırlıqları başlayıb.

Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk seçkilər haqqında qanun layihəsinin hazırlanması üçün işçi qrupunun yaradılması barədə fərman imzalayıb.

Ukrayna mediasının məlumatına görə, bu qrupa parlament sədrinin birinci müavini Aleksandr Kornienko rəhbərlik edəcək.

İşçi qrupuna parlamentdəki bütün fraksiya və qrupların nümayəndələri daxil olacaq.

Ali Radanın rəhbəri onu da qeyd edib ki, işçi qrupu müharibə kontekstini nəzərə alaraq Seçki Məcəlləsinin tətbiqinin bütün nüanslarını işləyib hazırlayacaq.

Lakin spiker seçkinin nə vaxt, necə və hansı şərtlər altında keçiriləcəyi barədə hər hansı bir fikir bildirməyib.

Görəsən, bu seçkilərdə əsas namizədlər kimlər olacaq və potensial şansları nə qədərdir

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirir ki, hadisələrin gedişi və təhlili Rusiya istisna olmaqla ABŞ, Avropa və Zelenskinin müharibənin tezliklə başa çatmasında maraqlı olduğunu göstərir:

“Zelenskinin mövqeyi Ukrayna xalqı və dövlətinin maraqlarını özündə ehtiva edir. Proses bu cür tendensiya ilə davam edərsə sülh sazişinin çox da uzaqda olmadığını görərik. Ukrayna Ali Radası sədri Ruslan Stepançukun seçkilərlə əlaqədar qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun yaranması ilə bağlı imzaladığı sərəncam da məhz bu vəziyyətdən qaynaqlanır”.

Ukraynada seçkilər 6 aydan tez baş verməyəcək.

Partiya sədri hesab edir ki, hətta müharibəyə son qoyulsa belə, seçkilərin 6 aydan tez keçirilməsi texniki baxımdan mümkünsüzdür:

“Hadisələr arzuolunan şəkildə getsə və müharibəyə son qoyulsa belə, Ukraynada 6 aydan tez seçkilərin keçirilməsi texniki baxımdan mümkün deyil”.

Zelenskidən güclü namizəd yoxdur.

F. Ağamalı düşünür ki, Zelenski seçkilərdə iştirak edərsə, onun yenidən qalib gəlmək şansları daha böyükdür:

“Əsas namizəd qismində Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnının adı hallanır. Habelə, vaxtilə vəzifədə olub, sonradan bu və ya digər səbəblərdən istefa verənlərin də adları bu siyahıda çəkilir. Lakin qənaətimə görə, hazırkı durumda Ukraynada Zelenskidən güclü, prezidentliyə layiq siyasətçi yoxdur. O, həm Ali Baş Komandan, həm diplomat, siyasətçi, həm də Ukrynanın dövlət və milli maraqlarını qorumağı bacaran cəsur şəxsiyyət kimi formalaşıb.

Fikrimcə, Zelenski özünün aktyor obrazından çıxaraq, tamamilə yeni görkəm alıb, cəsarətli, qətiyyətli, çətin situasiyada manevr edib, məqsədinə çatmağı bacaran siyasətçiyə çevrilə bilib. O, namizədliyini versə, favorit kimi iki namizəd önə çıxacaq-Zelenski və Zalujnı. Amma perspektivdə üstünlüyü daha çox Zelenskiyə verirəm. Zalujnı yaxşı hərbçidir, müharibə dövründə özünü güclü hərbçi kimi göstərə bilib. Onun birdən-birə vəzifədən istefa verib, diplomatik işə keçməsi bəlkə də Zelenskinin yerinə hazırlanmış bir layihənin tərkib hissəsidir”.  

Rüfət Sultan, Bizim.Media  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avqustun sonunda 3 BÜRCÜ sınaq gözləyir

Avqustun sonunda 3 BÜRCÜ sınaq gözləyir

Bahalaşma gündəlik xərcləri necə artırır? — Açıqlama

Bahalaşma gündəlik xərcləri necə artırır? — Açıqlama

Əraqçi omanlı həmkarı ilə danışdı: Hörmüz boğazı müzakirə olundu

Əraqçi omanlı həmkarı ilə danışdı: Hörmüz boğazı müzakirə olundu

Meksika ABŞ səfirinə ETİRAZ ETDİ

Meksika ABŞ səfirinə ETİRAZ ETDİ

RONALDO karyerasında 977-ci qolunu vurdu

RONALDO karyerasında 977-ci qolunu vurdu

Zelenski Krivoy Roqdakı hücuma cavab veriləcəyinə SÖZ VERDİ

Zelenski Krivoy Roqdakı hücuma cavab veriləcəyinə SÖZ VERDİ

Azərbaycanın medallarının sayı 7-yə çatdı

Azərbaycanın medallarının sayı 7-yə çatdı

Vaşinqton NATO müttəfiqlərinə anket göndərdi

Vaşinqton NATO müttəfiqlərinə anket göndərdi

Elgiz yeni verilişlə qayıdır - Özü açıqladı

Elgiz yeni verilişlə qayıdır - Özü açıqladı

Azərbaycandan tranzit keçməklə Ermənistana yük göndəriləcək

Azərbaycandan tranzit keçməklə Ermənistana yük göndəriləcək

Berlində gizli silah anbarı aşkarlandı

Berlində gizli silah anbarı aşkarlandı

Salah “Trabzonspor”u niyə seçdi? Sensasion transferin PƏRDƏARXASI - FOTO

Salah “Trabzonspor”u niyə seçdi? Sensasion transferin PƏRDƏARXASI - FOTO

Gəncədə boğularaq öldürülən qadının FOTOSU

Gəncədə boğularaq öldürülən qadının FOTOSU

Azərbaycan millisi Avropa çempionatında qələbə qazandı

Azərbaycan millisi Avropa çempionatında qələbə qazandı

Qara dənizdə gərginlik: Türkiyə gəmisi dronla vuruldu

Qara dənizdə gərginlik: Türkiyə gəmisi dronla vuruldu

Trampın elçiləri Kiyevə səfərlərini təsdiqləmədilər

Trampın elçiləri Kiyevə səfərlərini təsdiqləmədilər

Türkiyədə mədən uçdu: Ölən var

Türkiyədə mədən uçdu: Ölən var

Livan İran səfirini ölkədə istəmir: Vizası uzadılmayacaq

Livan İran səfirini ölkədə istəmir: Vizası uzadılmayacaq

Gəncədə 65 yaşlı kişinin qatili 66 yaşlı şəxs çıxdı

Gəncədə 65 yaşlı kişinin qatili 66 yaşlı şəxs çıxdı

Xocavənddəki mina partlayışında yaralanan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

Xocavənddəki mina partlayışında yaralanan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

Nyu-Yorkda küçələri və metronu su basdı - VİDEO

Nyu-Yorkda küçələri və metronu su basdı - VİDEO

Göyçayda idarəetmədən çıxan maşın aşdı - Xəsarət alanlar var - FOTO

Göyçayda idarəetmədən çıxan maşın aşdı - Xəsarət alanlar var - FOTO

Pezeşkian: “Müharibəni İran hələ güclü ikən bitirmək yaxşıdır”

Pezeşkian: “Müharibəni İran hələ güclü ikən bitirmək yaxşıdır”

Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat

Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat

End of content

No more pages to load

RADİO