Ukraynanın 6 ildir axtardığı azərbaycanlı Berlində tutuldu - VİDEO

2019-cu ildə Ukraynın Jitomir vilayətində polislərə silahlı hücum edən azərbaycanlının məhkəməsi başlayır.

Bizim.Media xarici mediaya istinadla bildirir ki, dekabrın əvvəlində hüquq-mühafizə orqanları ibtidai istintaqı başa çatdırıb. Təqsirləndirilən 35 yaşlı Azərbaycan vətəndaşı Elşən Qurbanov Ukrayna Cinayət Məcəlləsinin 290-cı maddəsi ilə ittiham olunur. Məhkəmə materialları tanışlıq üçün Qurbanovun vəkillərinə təqdim ediblər.

O, 2019-cu ilin payızında Jitomirdə polis-inkassatorlara qarşı törədilmiş silahlı quldurluq hücumunda iştirak ittiham olunur.

Qeyd olunur ki, söhbət 9 sentyabr 2019-cu ildə baş vermiş səs-küylü hadisədən gedir. Həmin gün Jitomir şəhərində Böyük Berdıçevskaya küçəsində balaklava taxmış, üzərlərində Ukrayna kəşfiyyatının simvolu olan geyimlərdə iki naməlum şəxs polis əməkdaşlarına silahlı hücum edib.

Polis əməkdaşları mağazadan inkassasiya olunmuş pul vəsaitlərini xüsusi avtomobilə daşıyırmışlar. Hadisə zamanı hüquq-mühafizə orqanı əməkdaşlarından biri ayağından güllə yarası alıb, lakin 150 min qrivna olan çantanı qorumağa müvəffəq olub. Hücum edən şəxslər isə hadisə yerindən qaçıblar.

İlk əməliyyatlar zamanı Elşən Qurbanovu saxlamaq mümkün olmayıb və onun tutulması 6 il çəkib. Qurbanovun barəsində məlumat İnterpolun Baş Katibliyinin qeydiyyat bazasına daxil edilib və 2025-ci ilin iyun ayında Elşən Berlində saxlanılıb. Dekabrın əvvəlində isə Elşən Surxay oğlunun Almaniyadan Ukraynaya ekstradisiyası başa çatdırılıb.

Məhkəmə iclasında təqsirləndirilən şəxs bütün bu müddət ərzində ona aid edilən “Jitomir macəraları” barədə məlumatlı olmadığını iddia edib.

“İsti izlər”lə aparılan əməliyyat nəticəsində Milli Polis hücum edənlərdən birini saxlayıb. Məhkəmə materiallarından məlum olur ki, ilkin mərhələdə həmin şəxs günahını etiraf edib, əlbir olduğu şəxsi göstərib və barəsində həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxs əvvəllər qanunsuz silah dövriyyəsinə görə (Ukrayna CM-nin 263-cü maddəsinin 1-ci hissəsi) məhkum olunmuş Azərbaycan vətəndaşı Fuad Daşdəmirov olub. Sonradan o, davranış strategiyasını köklü şəkildə dəyişib. Vəkilləri isə iddia ediblər ki, ilkin etiraflar hüquq-mühafizə orqanları tərəfindən ondan “zor tətbiq etməklə alınıb”.

2022-ci ilin əvvəlində Daşdəmirov etiraz aksiyası keçirib: təqsirləndirilən şəxs quru aclıq elan edib və ağzını tikib.

Nəticədə 2022-ci ilin payızında birinci instansiya və apellyasiya məhkəmələri Fuad Fəxrəddin oğlu barəsində seçilmiş həbs qətimkan tədbirini yumşaldaraq ona 496,2 min qrivna məbləğində girov qarşılığında azadlığa çıxmaq imkanı veriblər. Daşdəmirov Jitomirdəki istintaq təcridxanasından buraxılıb. İşi üzrə baxılan məhkəmə iclaslarından birində iştirak edib və 6 fevral 2023-cü ildə Ukraynadan Moldovaya gedib. Hazırda həbsdə olan Daşdəmirov rəsmi Kiyevin Almaniya hökumətinə verdiyi təminatların icrası çərçivəsində “Çortkov Cəzaçəkmə Müəssisəsi 26 nömrəli” Dövlət Müəssisəsinin divarları arasında saxlanılır. (Lent.az)





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda insanlar ən çox bu ayda zəhərlənib - Statistika

Azərbaycanda insanlar ən çox bu ayda zəhərlənib - Statistika

Azərbaycanda bu şəxslərin mənzilləri PULSUZ təmi̇r olunacaq

Azərbaycanda bu şəxslərin mənzilləri PULSUZ təmi̇r olunacaq

Kişi orqanizmini gücləndirməyin qeyri-adi üsulu - Gündə 15 dəqiqə bəs edir

Kişi orqanizmini gücləndirməyin qeyri-adi üsulu - Gündə 15 dəqiqə bəs edir

Bu ölkədən Azərbaycana göndərilən pullar kəskin artdı

Bu ölkədən Azərbaycana göndərilən pullar kəskin artdı

Üzr istəməyi bacarmayan BÜRCLƏR

Üzr istəməyi bacarmayan BÜRCLƏR

Röyanın kameramanla görüntüləri müzakirə yaratdı - VİDEO

Röyanın kameramanla görüntüləri müzakirə yaratdı - VİDEO

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı İCLAS keçirəcək

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı İCLAS keçirəcək

Kosta Rika Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Kosta Rika Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ oldu

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ oldu

İmişlidə qəza: “Mercedes” piyadanı vurduqdan sonra işıq dirəyinə çırpıldı - FOTO

İmişlidə qəza: “Mercedes” piyadanı vurduqdan sonra işıq dirəyinə çırpıldı - FOTO

Çin ərəb ölkəsi ilə birgə hərbi təlimlər keçirəcək

Çin ərəb ölkəsi ilə birgə hərbi təlimlər keçirəcək

“Tesla” Çindəki 3 milyon avtomobili geri çağırır

“Tesla” Çindəki 3 milyon avtomobili geri çağırır

ABŞ NATO-nun yeni müdafiə planını AÇIQLADI

ABŞ NATO-nun yeni müdafiə planını AÇIQLADI

Avqustun sonunda 3 BÜRCÜ sınaq gözləyir

Avqustun sonunda 3 BÜRCÜ sınaq gözləyir

Bahalaşma gündəlik xərcləri necə artırır? — Açıqlama

Bahalaşma gündəlik xərcləri necə artırır? — Açıqlama

Əraqçi omanlı həmkarı ilə danışdı: Hörmüz boğazı müzakirə olundu

Əraqçi omanlı həmkarı ilə danışdı: Hörmüz boğazı müzakirə olundu

Meksika ABŞ səfirinə ETİRAZ ETDİ

Meksika ABŞ səfirinə ETİRAZ ETDİ

RONALDO karyerasında 977-ci qolunu vurdu

RONALDO karyerasında 977-ci qolunu vurdu

Zelenski Krivoy Roqdakı hücuma cavab veriləcəyinə SÖZ VERDİ

Zelenski Krivoy Roqdakı hücuma cavab veriləcəyinə SÖZ VERDİ

Azərbaycanın medallarının sayı 7-yə çatdı

Azərbaycanın medallarının sayı 7-yə çatdı

Vaşinqton NATO müttəfiqlərinə anket göndərdi

Vaşinqton NATO müttəfiqlərinə anket göndərdi

Elgiz yeni verilişlə qayıdır - Özü açıqladı

Elgiz yeni verilişlə qayıdır - Özü açıqladı

Azərbaycandan tranzit keçməklə Ermənistana yük göndəriləcək

Azərbaycandan tranzit keçməklə Ermənistana yük göndəriləcək

Berlində gizli silah anbarı aşkarlandı

Berlində gizli silah anbarı aşkarlandı

End of content

No more pages to load

RADİO