Alimlər cəhənnəmi tapdılar - FOTO

ABŞ astronomları “James Webb” teleskopu vasitəsilə mövcudluğu mümkün sayılmayan uzaq bir ekzoplanet aşkarlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Interestingengineering” məlumat yayıb.

“Cəhənnəm planeti”nin kainatın digər yerlərində indiyədək müşahidə olunmayan bəzi xüsusiyyətləri astronomları təəccübləndirib.

Kəşf yarana və təkamül edə bilən planetlərin növləri haqqında anlayışımızı dəyişdirə bilər.

PSR J2322-2650b adlı planet kütləsinə görə təxminən Yupiterə bərabərdir, amma tipik qaz nəhənginə az bənzəyir. Neytron ulduzunun (pulsar) ətrafında son dərəcə yaxın məsafədə dövr edir və güclü radiasiya və cazibə qüvvəsinə məruz qalır. Bu qüvvələr planetin formasını deformasiyaya uğradaraq ona limonu xatırladan bir görkəm verir.

Amma alimləri heyrətləndirən onun atmosferidir. Su buxarı və ya metan kimi adi birləşmələr əvəzinə “James Webb” orada digər planetlərdə əvvəllər görünməmiş ekzotik kimyəvi quruluş olan helium və karbon qarışığı aşkar edib.

Kəşf daha mühüm bir sual doğurur: belə bir planet necə yaranıb?

“Bu qədər karbonla zəngin tərkibin necə əmələ gəldiyini təsəvvür etmək çox çətindir. Bu, məlum olan bütün formalaşma mexanizmlərini istisna edirmiş kimi görünür”, - Çikaqo Universitetindən, tədqiqatın rəhbəri Maykl Çan deyib.

Sistem neytron ulduzunun daha kiçik pulsardan tədricən maddə çəkib aldığı nadir “qara dul” cütlüklərini xatırladır. Amma bu izah da inandırıcı deyil.


“Bu planet adi şəkildə formalaşıb? Xeyr, çünki tərkibi tamamilə fərqlidir. Bəs o, adi “qara dul” sistemlərində olduğu kimi, ulduzun xarici qabığının soyulması nəticəsində yaranıb? Yəqin ki, yox, çünki nüvə fizikası saf karbon yaratmır”, - Çan vurğulayıb.

Stenford Universitetindən Rocer Romani isə burada qeyri-adi bir prosesin baş verə biləcəyini irəli sürür: “Saf karbon kristalları səthə qalxır və heliumla qarışır. Amma sonra oksigen və azotun nüfuz etməsinin qarşısını alan hansısa mexanizm işə düşməlidir”.

Hələlik planet kosmik sirr olaraq qalır. (mənbə: teleqraf.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda insanlar ən çox bu ayda zəhərlənib - Statistika

Azərbaycanda insanlar ən çox bu ayda zəhərlənib - Statistika

Azərbaycanda bu şəxslərin mənzilləri PULSUZ təmi̇r olunacaq

Azərbaycanda bu şəxslərin mənzilləri PULSUZ təmi̇r olunacaq

Kişi orqanizmini gücləndirməyin qeyri-adi üsulu - Gündə 15 dəqiqə bəs edir

Kişi orqanizmini gücləndirməyin qeyri-adi üsulu - Gündə 15 dəqiqə bəs edir

Bu ölkədən Azərbaycana göndərilən pullar kəskin artdı

Bu ölkədən Azərbaycana göndərilən pullar kəskin artdı

Üzr istəməyi bacarmayan BÜRCLƏR

Üzr istəməyi bacarmayan BÜRCLƏR

Röyanın kameramanla görüntüləri müzakirə yaratdı - VİDEO

Röyanın kameramanla görüntüləri müzakirə yaratdı - VİDEO

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı İCLAS keçirəcək

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı İCLAS keçirəcək

Kosta Rika Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Kosta Rika Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ oldu

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ oldu

İmişlidə qəza: “Mercedes” piyadanı vurduqdan sonra işıq dirəyinə çırpıldı - FOTO

İmişlidə qəza: “Mercedes” piyadanı vurduqdan sonra işıq dirəyinə çırpıldı - FOTO

Çin ərəb ölkəsi ilə birgə hərbi təlimlər keçirəcək

Çin ərəb ölkəsi ilə birgə hərbi təlimlər keçirəcək

“Tesla” Çindəki 3 milyon avtomobili geri çağırır

“Tesla” Çindəki 3 milyon avtomobili geri çağırır

ABŞ NATO-nun yeni müdafiə planını AÇIQLADI

ABŞ NATO-nun yeni müdafiə planını AÇIQLADI

Avqustun sonunda 3 BÜRCÜ sınaq gözləyir

Avqustun sonunda 3 BÜRCÜ sınaq gözləyir

Bahalaşma gündəlik xərcləri necə artırır? — Açıqlama

Bahalaşma gündəlik xərcləri necə artırır? — Açıqlama

Əraqçi omanlı həmkarı ilə danışdı: Hörmüz boğazı müzakirə olundu

Əraqçi omanlı həmkarı ilə danışdı: Hörmüz boğazı müzakirə olundu

Meksika ABŞ səfirinə ETİRAZ ETDİ

Meksika ABŞ səfirinə ETİRAZ ETDİ

RONALDO karyerasında 977-ci qolunu vurdu

RONALDO karyerasında 977-ci qolunu vurdu

Zelenski Krivoy Roqdakı hücuma cavab veriləcəyinə SÖZ VERDİ

Zelenski Krivoy Roqdakı hücuma cavab veriləcəyinə SÖZ VERDİ

Azərbaycanın medallarının sayı 7-yə çatdı

Azərbaycanın medallarının sayı 7-yə çatdı

Vaşinqton NATO müttəfiqlərinə anket göndərdi

Vaşinqton NATO müttəfiqlərinə anket göndərdi

Elgiz yeni verilişlə qayıdır - Özü açıqladı

Elgiz yeni verilişlə qayıdır - Özü açıqladı

Azərbaycandan tranzit keçməklə Ermənistana yük göndəriləcək

Azərbaycandan tranzit keçməklə Ermənistana yük göndəriləcək

Berlində gizli silah anbarı aşkarlandı

Berlində gizli silah anbarı aşkarlandı

End of content

No more pages to load

RADİO