Romantik Paris tətili dönüşü ayrılan Demet Özdemir – Oğuzhan Koç cütlüyü barışıb.
Bizim.Media “Hürriyet”ə istinadən xəbər verir ki, türk məşhurların barışmasında Koçun “O Ses Türkiye” proqramında münsif olan Ebru Gündeşin rolu olub.
Ebru cütlüyün bir neçə yaxın dostu ilə birlikdə Demetlə Oğuzhanı xəbərsiz görüşdürüb.
Barışdıqlarını hələlik gizli saxlayan sevgililər aralarında yaranmış problemləri həll etmədən birlikdə görünmək istəmirlər.
Qeyd edək ki, ayrılığa Oğuzhanın Demeti yeni çəkildiyi filmdə baş rolu bölüşdüyü Şükrü Özyıldıza qısqanması səbəb olmuşdu.
Bizim.Media