Sosial media nəhəngi “Facebook”un gündəlik aktiv istifadəçilərinin sayı 18 illik tarixində ilk dəfə azalıb.
Bizim.Media xəbər verir ki, “Facebook”un ana şirkəti olan “Meta”, 2021-ci ilin dekabrına qədər son üç ayda gündəlik aktiv istifadəçilərin sayının 1 milyard 929 milyona düşdüyünü açıqlayıb.
Bu rəqəm əvvəlki ilin eyni rübündə 1 milyard 930 milyon idi.
“Meta”nın rəhbəri Mark Zukerberq bildirib ki, azalmanın səbəbi xüsusilə gənc istifadəçilərin rəqabət aparan platformalara üz tutmasıdır.
Bizim.Media