“Ukraynada keçirəcəyim görüşlərdə Krım tatarlarının vəziyyətini də müzakirə edəcəm”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya yola düşməmişdən əvvəl hava limanında jurnalistlərə açıqlamasında bildirib.
“Qonşumuz və strateji tərəfdaşımız olan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyimizi hər platformada bildirmişik. Biz də Qara dəniz regionunda yerləşən ölkə olaraq, bölgədə sülhü təmin etmək üçün bütün tərəfləri təmkinli olmağa və dialoqa dəvət edirik”, - deyə Türkiyə lideri bildirib.
Bizim.Media