ABŞ-da nüvə isterikası BAŞLADI – Əhali QORXU İÇİNDƏ

ABŞ əhalisinin təxminən yarısı – 46 faizi – növbəti 10 il ərzində ölkənin iştirakı ilə nüvə müharibəsinin baş verməsini mümkün hesab edir. 

Bizim.Media xəbər verir ki, bu, “YouGov” tərəfindən keçirilmiş yeni ictimai rəy sorğusunun nəticələrində əksini tapıb. 

Sorğuya əsasən, 37 faiz amerikalı bu ssenarini istisna edir.

Sorğuda iştirak edən respondentlərin partiya mənsubiyyətinə görə də verdiyi cavablar kəski fərqlənir. Belə ki, demokratların 57 faizi, respublikaçıların 37 faizi nüvə münaqişəsinin yüksək ehtimalla baş verə biləcəyini düşünür. 

Partiya mənsubiyyəti olmayanlar arasında bu göstərici 44 faizdir.

Respondentlərin 46 faizi terrorçuların və ya cinayətkar qrupların ABŞ ərazisində nüvə silahından istifadə edə biləcəyindən narahat olduğunu bildirib. Ümumilikdə, amerikalıların 65 faizi şəxsi olaraq nüvə müharibəsini yaşamaqdan qorxur. Demokratlarda bu göstərici 77 faiz, respublikaçılarda 58 faiz, müstəqillər arasında isə 61 faiz təşkil edir. Müqayisə üçün bildirək ki, 2022-ci ildə bu narahatlıq 69 faiz təşkil edirdi.

Sorğu 30 oktyabr – 2 noyabr tarixlərində keçirilib və 1148 respondent iştirak edib.
 

Qeyd edək ki, tədqiqatın dərc edilməsi ABŞ prezidenti Donald Trampın nüvə sınaqlarını bərpa etmək barədə verdiyi açıqlamalarla üst-üstə düşüb. 


Xatırladaq ki, ABŞ-da nüvə sınaqları 1992-ci ildən etibarən dayandırılıb. Tramp həmçinin ölkənin nüvə energetikasının dörd dəfə artırılması barədə sərəncamlar imzalayıb və mövcud radiasiya təhlükəsizliyi standartlarını “həddindən artıq sərt” adlandıraraq tənqid edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pensiyalar bu qədər artacaq: Rəqəm açıqlandı

Pensiyalar bu qədər artacaq: Rəqəm açıqlandı

Rəsmən Ronaldonun uşaqlarının anası oldu

Rəsmən Ronaldonun uşaqlarının anası oldu

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

Tramp: “Hörmüz ABŞ ərazisidir” – VİDEO

Tramp: “Hörmüz ABŞ ərazisidir” – VİDEO

BİZİM TƏQVİM:22 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:22 avqustda baş vermiş tarixi hadisələr

Bu şəhərdə velosiped sürmək qadağan edildi

Bu şəhərdə velosiped sürmək qadağan edildi

Ayılar bu kəndlərə hücum edir: Sakinlər təşvişdədir - VİDEO

Ayılar bu kəndlərə hücum edir: Sakinlər təşvişdədir - VİDEO

Türkiyədə müəllimlər bundan sonra AĞ XALAT geyinəcək

Türkiyədə müəllimlər bundan sonra AĞ XALAT geyinəcək

Günel pis enerjidən bu yolla qorunur – VİDEO

Günel pis enerjidən bu yolla qorunur – VİDEO

Xəyanət onlar üçün ən pis ssenaridir: Bundan daha çox qorxan BÜRCLƏR

Xəyanət onlar üçün ən pis ssenaridir: Bundan daha çox qorxan BÜRCLƏR

Bakıda tələbələr üçün kirayə evlər: ƏN UCUZ və ƏN BAHALI ərazilər

Bakıda tələbələr üçün kirayə evlər: ƏN UCUZ və ƏN BAHALI ərazilər

Azərbaycanda insanlar ən çox bu ayda zəhərlənib - Statistika

Azərbaycanda insanlar ən çox bu ayda zəhərlənib - Statistika

Azərbaycanda bu şəxslərin mənzilləri PULSUZ təmi̇r olunacaq

Azərbaycanda bu şəxslərin mənzilləri PULSUZ təmi̇r olunacaq

Kişi orqanizmini gücləndirməyin qeyri-adi üsulu - Gündə 15 dəqiqə bəs edir

Kişi orqanizmini gücləndirməyin qeyri-adi üsulu - Gündə 15 dəqiqə bəs edir

Bu ölkədən Azərbaycana göndərilən pullar kəskin artdı

Bu ölkədən Azərbaycana göndərilən pullar kəskin artdı

Üzr istəməyi bacarmayan BÜRCLƏR

Üzr istəməyi bacarmayan BÜRCLƏR

Röyanın kameramanla görüntüləri müzakirə yaratdı - VİDEO

Röyanın kameramanla görüntüləri müzakirə yaratdı - VİDEO

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı İCLAS keçirəcək

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı İCLAS keçirəcək

Kosta Rika Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Kosta Rika Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ oldu

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ oldu

İmişlidə qəza: “Mercedes” piyadanı vurduqdan sonra işıq dirəyinə çırpıldı - FOTO

İmişlidə qəza: “Mercedes” piyadanı vurduqdan sonra işıq dirəyinə çırpıldı - FOTO

Çin ərəb ölkəsi ilə birgə hərbi təlimlər keçirəcək

Çin ərəb ölkəsi ilə birgə hərbi təlimlər keçirəcək

“Tesla” Çindəki 3 milyon avtomobili geri çağırır

“Tesla” Çindəki 3 milyon avtomobili geri çağırır

ABŞ NATO-nun yeni müdafiə planını AÇIQLADI

ABŞ NATO-nun yeni müdafiə planını AÇIQLADI

End of content

No more pages to load

RADİO