Rusiyada saxlanılan soydaşlarımızla bağlı QƏRAR VERİLDİ - FOTO

Sverdlovsk vilayət məhkəməsi qətldə iştirakda ittiham olunan Ayaz Səfərov, Bakir Səfərov və Kamal Səfərovu 29 dekabradək həbsdə saxlanması barədə qərarı qüvvədə saxlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Sverdlovsk vilayəti məhkəmələrinin mətbuat xidməti məlumat yayıb. 

Bundan başqa, həbsindən şikayət verməyən Məzahir Səfərov da 29 dekabradək İstintaq Təcridxanasında qalacaq.

24 noyabrda Sverdlovsk vilayət məhkəməsi səs-küylü cinayət işi üzrə digər şəxslərin — Əziz Abasov, Əhliman Gəncəyev, Şahin Lalayev və Akif Səfərovun apellyasiya şikayətlərini araşdırmalı idi. Lakin məhkəmə kartotekasına əsasən, iclasın təxirə salınmasına səbəb onların lazımi qaydada xəbərdar edilməməsi olub.

Qeyd edək ki, istintaqın versiyasına görə, Azərbaycan əsilli şəxslər 2001, 2010 və 2011-ci illərdə yerli sahibkarların qətlə yetirilməsi və onlara sui-qəsddə iştirak ediblər.

Şahin Lalayev, Kamal Səfərov və Əziz Abasovun daxil olduğu iddia edilən qrupun üzvləri bu ilin yayında həbs olunublar. Onlar özlərini təqsirli bilmirlər. Bundan əlavə, həbs olunanlar arasında Əhliman Gəncəyev, Bakir Səfərov və qardaşlar Məzahir, Akif və Ayaz Səfərovlar da var. 

“Kommersant”ın məlumatına görə, əməliyyat çərçivəsində ümumilikdə 14 azərbaycanlı saxlanılıb, onların bir qismi sonradan sərbəst buraxılıb, iki nəfər isə dünyasını dəyişib.

Bundan əvvəl Yekaterinburqun Verx-İset rayon məhkəməsi Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin 30 dekabradək həbsdə saxlanması barədə qərar qəbul etmişdi. O, qəsdən adam öldürməyə cəhddə (RF Cinayət Məcəlləsi, maddə 105, hissə 2) ittiham olunur. Onun oğlu Mutvalı Şıxlinski isə hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmədə ittiham edildiyi üçün həbs edilib.



Xatırladaq ki, həbs olunan Bakir Səfərov hipertoniya xəstəliyindən əziyyət çəkir və daimi tibbi dərman təminatına ehtiyacı var. Bu barədə mediaya onun qardaşı Seyfəddin Hüseynli bildirib.

“Əvvəlcə ona tibbi müayinə göstərilmirdi, lakin Azərbaycan tərəfinin müdaxiləsindən sonra lazım olan tibbi yardım göstərildi və dərman verilməsinə də icazə verildi”, deyə o, əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentlərin Şuşa gəzintisindən yeni FOTOLAR

Prezidentlərin Şuşa gəzintisindən yeni FOTOLAR

ADY lokomotiv parkını müasirləşdirir: Çindən yeni yük və sərnişin lokomotivləri alınır – FOTO

ADY lokomotiv parkını müasirləşdirir: Çindən yeni yük və sərnişin lokomotivləri alınır – FOTO

Rusiyadan növbəti dəfə Ermənistana "Ukrayna ssenarisi" HƏDƏSİ

Rusiyadan növbəti dəfə Ermənistana "Ukrayna ssenarisi" HƏDƏSİ

Qərbi azərbaycanlıların qayıdışı ABŞ Konqresində MÜZAKİRƏ EDİLƏCƏK

Qərbi azərbaycanlıların qayıdışı ABŞ Konqresində MÜZAKİRƏ EDİLƏCƏK

Dövlət başçıları “Heydər Əliyev və Qarabağ” sərgisində - FOTO

Dövlət başçıları “Heydər Əliyev və Qarabağ” sərgisində - FOTO

Türkiyədə NATO sammiti öncəsi kütləvi əməliyyat: 209 nəfər saxlanıldı

Türkiyədə NATO sammiti öncəsi kütləvi əməliyyat: 209 nəfər saxlanıldı

Lavrov Zelenskini "fürer" adlandırdı

Lavrov Zelenskini "fürer" adlandırdı

Xankəndidə iki nəfər HƏBS OLUNDU

Xankəndidə iki nəfər HƏBS OLUNDU

Qalibaf: “Hörmüzü İran idarə edəcək” – VİDEO

Qalibaf: “Hörmüzü İran idarə edəcək” – VİDEO

Türkiyə klubu Yankoviç üçün nə qədər pul TƏKLİF EDİB?

Türkiyə klubu Yankoviç üçün nə qədər pul TƏKLİF EDİB?

Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldular – FOTO

Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldular – FOTO

Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü

Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü

300 əmlakı var, kirayədən aylıq bu qədər qazanır

300 əmlakı var, kirayədən aylıq bu qədər qazanır

SON DƏQİQƏ! İmişlidə ticarət obyektində yanğın – VİDEO

SON DƏQİQƏ! İmişlidə ticarət obyektində yanğın – VİDEO

İrəvan meriyasında əlbəyaxa dava: "Plastik butulkalar" işə düşdü – VİDEO

İrəvan meriyasında əlbəyaxa dava: "Plastik butulkalar" işə düşdü – VİDEO

İsti havada çalışanlar üçün qaydalar AÇIQLANDI – Hansı işlər dayandırılmalıdır?

İsti havada çalışanlar üçün qaydalar AÇIQLANDI – Hansı işlər dayandırılmalıdır?

Prezidentlər Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində - FOTO

Prezidentlər Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində - FOTO

Temperatur 54 dərəcəni keçəcək – Bu yay “yer-göy qovrulacaq”

Temperatur 54 dərəcəni keçəcək – Bu yay “yer-göy qovrulacaq”

Dənizdə batan qardaşlar Bakıya fəhləlik üçün gəliblərmiş...

Dənizdə batan qardaşlar Bakıya fəhləlik üçün gəliblərmiş...

Sabahın havası: Şimşək çaxacaq, dolu düşəcək

Sabahın havası: Şimşək çaxacaq, dolu düşəcək

Avtomobil 34 yaşlı kişini vuraraq öldürdü

Avtomobil 34 yaşlı kişini vuraraq öldürdü

Litva hökuməti istefa VERDİ

Litva hökuməti istefa VERDİ

Sirkədən zəhərlənən kişi 10 gün sonra VƏFAT ETDİ

Sirkədən zəhərlənən kişi 10 gün sonra VƏFAT ETDİ

Qusarın dövlət qulluqçuları peşə bayramlarını qeyd etdilər - FOTO

Qusarın dövlət qulluqçuları peşə bayramlarını qeyd etdilər - FOTO

End of content

No more pages to load

RADİO