Soyuq Müharibənin YENİ VERSİYASI – Çin və Rusiya Amerikaya necə MEYDAN OXUYUR?

Dünya birliyi nüvə silahlanmasında yeni mərhələyə qədəm qoyub və bu mərhələdə ABŞ eyni vaxtda iki bərabər rəqiblə — Çin və Rusiya ilə yarışmalı olacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
 

Məlumata görə, əvvəllər nisbətən kiçik nüvə arsenalına malik olan Pekin hazırda sürətlə güclənir və proqnozlara əsasən, 2030-cu illərin ortalarınadək ABŞ-la paritetə çata bilər. Eyni zamanda Rusiya Amerikanın böyük şəhərlərini hədəfə almaq üçün nəzərdə tutulmuş yeni nəsil nüvə sistemləri hazırlayır.


Vaşinqton və Moskva hələ də 2026-cı ilin fevralında müddəti başa çatacaq Yeni START (SНВ-III) müqaviləsinin məhdudiyyətlərinə bağlı qalsa da, Çin silahlanmaya nəzarət mexanizmlərində iştirak etmir və öz arsenalını sürətlə genişləndirir.

Amerikalı ekspertlərin hesablamalarına görə, ABŞ-ın 5117 nüvə başlığı var, onların 3,7 minə yaxını döyüş tərkibindən çıxarılıb. Rusiyada bu göstərici 5459, Çində isə təxminən 600-dür.

Şimali Koreya da nüvə klubuna aktiv daxil olur — Pxenyanın təxminən 50 başlığı olduğu, həmçinin ABŞ ərazisini vura biləcək raket və sualtı qayıqlar hazırladığı bildirilir.

WSJ qeyd edir ki, ABŞ-ın nüvə modernizasiya proqramı Rusiya, Çin və KXDR-dən gələn təhdidlərin artmayacağı fərziyyəsinə əsaslanırdı, lakin bu gözləntilər özünü doğrultmayıb.
 

“Biz üçüncü nüvə əsrinə daxil oluruq və bu dövr soyuq müharibə dövrünə daha çox bənzəyəcək”, – deyə Pentaqonun keçmiş əməkdaşı Metyu Kreniq bildirib.


Məlumata görə, Çin hələlik silahlara nəzarət üzrə danışıqlara hazır deyil. Pekin ABŞ və Rusiyaya çatmağı prioritet kimi müəyyən edib. Bəzi Çin hərbi ekspertləri açıq şəkildə bildirirlər ki, ölkənin məqsədi ABŞ-ın heç vaxt Çinə qarşı nüvə silahından istifadə etməyə cəsarət etməyəcəyi səviyyədə arsenal yaratmaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

34 ölkənin vətəndaşları Azərbaycana vizasız gələcək – Turizmin inkişafında YENİ MƏRHƏLƏ

34 ölkənin vətəndaşları Azərbaycana vizasız gələcək – Turizmin inkişafında YENİ MƏRHƏLƏ

Azərbaycanda ölümün ən çox qeydə alındığı RAYONLAR

Azərbaycanda ölümün ən çox qeydə alındığı RAYONLAR

Sağalmaz hesab edilən xəstəliyin dərmanı Antarktida buzlaqlarında TAPILDI

Sağalmaz hesab edilən xəstəliyin dərmanı Antarktida buzlaqlarında TAPILDI

Rusiya taxılı Biləcəridən Ermənistana yola salındı – VİDEO

Rusiya taxılı Biləcəridən Ermənistana yola salındı – VİDEO

"Liverpul" 70 milyon avroluq təklif göndərdi

"Liverpul" 70 milyon avroluq təklif göndərdi

Çalışdıqları şirkətdən oğurluq edən şəxslər SAXLANILDI

Çalışdıqları şirkətdən oğurluq edən şəxslər SAXLANILDI

“O, uşağını Trampdan daha çox sevir, buna görə qəzəbliyəm” – VİDEO

“O, uşağını Trampdan daha çox sevir, buna görə qəzəbliyəm” – VİDEO

Bu gün çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Bu gün çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Milyonlarla insanın sürdüyü elektrikli skuterlə bağlı şok araşdırma – motosikletdən 3,45 dəfə...

Milyonlarla insanın sürdüyü elektrikli skuterlə bağlı şok araşdırma – motosikletdən 3,45 dəfə...

Başı problemlərdən açılmayan BÜRCLƏR

Başı problemlərdən açılmayan BÜRCLƏR

“Qorxuların üzərinə get” deyənlərdən UZAQ OLUN – Nələri psixoloqa danışmaq olmaz?

“Qorxuların üzərinə get” deyənlərdən UZAQ OLUN – Nələri psixoloqa danışmaq olmaz?

Qadınlarda sümük möhkəmliyini qoruyan BEŞ MÖCÜZƏVİ QİDA

Qadınlarda sümük möhkəmliyini qoruyan BEŞ MÖCÜZƏVİ QİDA

Ağ Şəhərdə bahalı avtomobillər toqquşdu- 8 maşına zərər dəydi – Video

Ağ Şəhərdə bahalı avtomobillər toqquşdu- 8 maşına zərər dəydi – Video

Ayda 8 milyon qazanacaq

Ayda 8 milyon qazanacaq

Həmin hücumun cəzası ağır oldu – VİDEO

Həmin hücumun cəzası ağır oldu – VİDEO

Son 13 ildə ilk: Putin oradan hərbi qüvvələri geri çəkir!

Son 13 ildə ilk: Putin oradan hərbi qüvvələri geri çəkir!

ABŞ mediası Azərbaycanda tapılan sirli kürədən yazır

ABŞ mediası Azərbaycanda tapılan sirli kürədən yazır

"Həyatın mənası sevmək, sevilmək və birlikdə qocalmaqdır"

"Həyatın mənası sevmək, sevilmək və birlikdə qocalmaqdır"

Tramp: “Noyabrda seçkiləri uduzsam, impiçmentə məruz qalacağam” – VİDEO

Tramp: “Noyabrda seçkiləri uduzsam, impiçmentə məruz qalacağam” – VİDEO

Qeyri-adi mağaza – 60 saniyəyə “oğurla”, kameraya yaxalanmasan hamısı sənindir – VİDEO

Qeyri-adi mağaza – 60 saniyəyə “oğurla”, kameraya yaxalanmasan hamısı sənindir – VİDEO

Milyarderlər üçün yeraltı ANBAR – Sərvətlərini burada saxlayacaqlar

Milyarderlər üçün yeraltı ANBAR – Sərvətlərini burada saxlayacaqlar

Paşinyan Ermənistanın “gizli xəritə”sini AÇDI – Qonşu ölkələrlə bağlı nə qeyd olunub?

Paşinyan Ermənistanın “gizli xəritə”sini AÇDI – Qonşu ölkələrlə bağlı nə qeyd olunub?

“İranda heç kim prezident olmaq istəmir, bilmirəm kiminlə danışım” – VİDEO

“İranda heç kim prezident olmaq istəmir, bilmirəm kiminlə danışım” – VİDEO

Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edildi – VİDEO

Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edildi – VİDEO

End of content

No more pages to load

RADİO