Yaponiya tarixində ilk qadın BAŞ NAZİR

Yaponiya parlamentinin əsas – aşağı palatasının deputatları keçirilən səsvermənin nəticələrinə əsasən Liberal Demokrat Partiyasının (LDP) sədri Sanae Takaitini ölkənin 104-cü baş naziri seçiblər. Takaiti Yaponiyanın tarixində bu vəzifəyə gələn ilk qadın olub.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, səsvermənin yekunlarına görə, Takaiti 465 səsdən 237-ni toplayıb və bununla da ilk turda qələbə qazanıb. Onun əsas rəqibi – Konstitusiya Demokrat Partiyasının lideri Yosixiko Noda 149 səs əldə edib.

Səsvermədən bir gün əvvəl parlamentdə çoxluğu olmayan LDP, “Yaponiya İslahat Cəmiyyəti” adlı mühafizəkar partiya ilə alyans yaradaraq Takaitinin seçilməsini təmin edib.

Günün sonuna qədər Sanae Takaiti yeni hökuməti formalaşdıracaq. Yapon KİV-lərinin məlumatına görə, xarici işlər naziri postuna Toşimitsu Motegi təyin olunacaq. O,  2019–2021-ci illərdə bu vəzifəni artıq icra edib. LDP sədrliyi uğrunda Takaitinin rəqiblərindən biri olmuş Motegi onun yaxın siyasi müttəfiqlərindən sayılır. Partiya daxilindəki digər rəqibi – 44 yaşlı Sincirō Koidzumi (keçmiş baş nazir Cunyitiro Koidzuminin oğlu) isə ölkənin müdafiə naziri postuna gətiriləcək və bununla da Yaponiyanın ən gənc müdafiə naziri olacaq.

Sanae Takaiti açıq şəkildə mühafizəkar siyasətçidir və ənənəvi dəyərlərin müdafiəçisi kimi tanınır. Siyasi karyerası boyunca ölkədə eynicinsli nikahların leqallaşdırılmasına qarşı çıxıb, qadının imperator taxtına çıxması ideyasını da tənqid edib.

64 yaşlı siyasətçi Yaponiyanın qərbində yerləşən Nara prefekturasında doğulub. O, ölkə konstitusiyasının 9-cu maddəsinin dəyişdirilməsinin tərəfdarıdır. Həmin maddə Yaponiya ordusunun yaradılmasını və müharibəni beynəlxalq mübahisələrin həlli vasitəsi kimi rədd edir. Takaiti, Asiyada militarizmin simvolu sayılan Tokio Yasukuni məbədinə ziyarətlərin “siyasiləşdirilməsinə” qarşı çıxır və məbədin özünü dəfələrlə şəxsən ziyarət edib.

O, həmçinin “Nippon Kaygi” (“Yapon Şurası”) adlı millətçi təşkilatın üzvüdür. Bu təşkilat, xüsusilə, ötən əsrin birinci yarısında Yaponiya ordusunun işğal etdiyi ərazilərdə törətdiyi bəzi hərbi cinayətləri inkar edir. Takaiti kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssisdir.

2022-ci il mayın 4-də, LDP-nin siyasi şurasının rəhbəri vəzifəsində çalışarkən, Takaiti Rusiyanın sanksiyalar siyahısına daxil edilib.

Ekspertlər onun dövründə Yaponiyanın siyasi kursunda ciddi dəyişikliklər gözləmirlər. Seçki kampaniyası zamanı o, Yaponiya–ABŞ alyansının gücləndirilməsinin vacibliyini, həmçinin ölkənin müdafiə qabiliyyətinin artırılmasının zəruriliyini dəfələrlə vurğulayıb. Takaiti, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) bənzər milli kəşfiyyat qurumunun yaradılmasını da təklif edib.

O, həmçinin hesab edir ki, Yaponiyanın ətraf regionunda təhlükəsizlik vəziyyəti “İkinci Dünya müharibəsinin başa çatmasından bəri ən gərgin dövrdədir.”


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Plastik əməliyyatdan sonrakı halını nümayiş etdirdi – VİDEO

Plastik əməliyyatdan sonrakı halını nümayiş etdirdi – VİDEO

Lənkəranda sərxoş oğul atasının şikayətilə həbs edildi

Lənkəranda sərxoş oğul atasının şikayətilə həbs edildi

Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO

Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO

“TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmənin VƏZİYYƏTİ AÇIQLANDI

“TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmənin VƏZİYYƏTİ AÇIQLANDI

Daşkənd Prezident İlham Əliyevin səfərinə belə hazırlaşır - VİDEO

Daşkənd Prezident İlham Əliyevin səfərinə belə hazırlaşır - VİDEO

Sabirabadda avtomobil motosikletlə toqquşdu – Ölən var

Sabirabadda avtomobil motosikletlə toqquşdu – Ölən var

Corcina Ronaldonun 3 uşağını övladlığa GÖTÜRÜR

Corcina Ronaldonun 3 uşağını övladlığa GÖTÜRÜR

Hacı Kərimov dünya çempionatında finala yüksəldi

Hacı Kərimov dünya çempionatında finala yüksəldi

Putin Ukraynaya kimlərin kömək etdiyini AÇIQLADI

Putin Ukraynaya kimlərin kömək etdiyini AÇIQLADI

Polis 94 borclu şəxsi saxladı

Polis 94 borclu şəxsi saxladı

ABŞ-yə köçmək istəyənlərə şad xəbər: Qadağa ləğv edildi

ABŞ-yə köçmək istəyənlərə şad xəbər: Qadağa ləğv edildi

Faiq Ağayevə ağır itki üz verdi

Faiq Ağayevə ağır itki üz verdi

Üç uşağının aliment pulunu ödəməyən ata HƏBS OLUNDU

Üç uşağının aliment pulunu ödəməyən ata HƏBS OLUNDU

Bu türk ölkəsindən yarım milyard dollarlıq QIZIL almışıq

Bu türk ölkəsindən yarım milyard dollarlıq QIZIL almışıq

Safurənin ailəsi ilə istirahəti - FOTOLAR

Safurənin ailəsi ilə istirahəti - FOTOLAR

Prezident İlham Əliyev Özbəkistana SƏFƏR EDƏCƏK

Prezident İlham Əliyev Özbəkistana SƏFƏR EDƏCƏK

End of content

No more pages to load

RADİO