Ölkədəki son etirazlara dəstək verən, MMA üzrə yüngül çəkidə təcrübəli qazaxıstanlı idmançı Kuat Xamitov çevik polis əməkdaşları (OMON) tərəfindən saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Kuatın bacısı İnstagram səhifəsində məlumat yayıb.
"Xahiş edirəm, mənə kömək edin. İndicə qardaşım, idmançı Kuat Xamitovu evdən apardılar. On çevik polis onu döydü, əllərini və ayaqlarını bağladı”, deyə bacısı bildirib.
Qeyd edək ki, döyüşçü bundan əvvəl də dəfələrlə ölkədə baş verənlərdən narazılığını bildirib və mitinqlərdə iştirak edib.
“Almatı, Qərbdən gələn uşaqlar. Dinc dəstək”. Xamitov İnstagram səhifəsində paylaşdığı videonun altında belə qeyd yazıb.
Bizim.Media