Cenevrədə Rusiya ilə ABŞ arasında təhlükəsizlik zəmanəti ilə bağlı danışıqlar başlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya xarici mətbuatda yer alıb.
Mənbə qeyd edir ki, danışıqlar Amerikanın Cenevrədəki beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin ərazisində aparılır.
Görüşün əvvəlində və şəkil çəkdirmə zamanı əl sıxma olmayıb, diplomatlar bayraqların yanında dayanaraq öz yerlərində əyləşiblər.
Dövlət katibinin müavini Vendi Şerman yazıb ki, ABŞ Rusiyanın narahatlığını nəzərə alacaq, lakin “biz müttəfiqlərimiz və tərəfdaşlarımız olmadan Avropa təhlükəsizliyini müzakirə etməyəcəyimizi açıqladıq”.
Bizim.Media