“Qazaxıstandakı, ilk növbədə Özbəkistandakı vəziyyətdən dərs çıxarmaq lazımdır”.
Bizim.Media “Sputnik Qazaxıstan” nəşrinə istinadən xəbər verir ki, bu fikirləri KTMT-nin bu gün keçirilən onlayn sammitində Belarus prezidenti Aleksandr Lukaşenko səsləndirib.
Onun sözlərinə görə, Belarusdan fərqli olaraq, Qazaxıstanda baş verən hadisələrin xarici təsiri o qədər də gözə dəymir, amma hakimiyyət bunun səbəblərini öyrənməlidir:
“Terrorçuların yatan hüceyrələrinin risklərini az qiymətləndirdik. İğtişaşlarda iştirak edənlərin əsas hissəsini peşəkar terrorçular təşkil edirdi. Belə çıxır ki, KTMT-ni gücləndirmək lazımdır, qarşıda ciddi problemlər var. KTMT sülhməramlılarının yeridilməsi Qazaxıstandakı münaqişə təşkilatçılarının planlarını pozdu. Sülhməramlıların terrorçular tərəfindən ələ keçirilməsinə imkan verməməliyik. Çünki onlar öz istəyi ilə gəlməyiblər. Dostu, qardaşı zəng vurub”.
Bizim.Media