Rusiya hərbçiləri KTMT ölkələrindən olan müttəfiqləri ilə birlikdə etiraz aksiyası keçirilən Qazaxıstana gəlib.
Bizim.Media Telegram kanallarına istinadən xəbər verir ki, artıq minlərlə rus hərbçisi strateji obyektləri, o cümlədən Almatı, Nursultan hava limanlarını, prezident sarayını, Baş Qərargah binasını, televiziya mərkəzini, Mərkəzi Bankın binalarını və əsas nazirlikləri nəzarətə götürüb.
Lakin rus qoşunlarının yeridilməsi xalqın narazılığına səbəb olub və minlərlə qazaxıstanlı yenidən küçələrə çıxıb.
Sosial şəbəkələrdə etirazçıların rus əsgərlərinin keçdiyi kolona daş atmasını əks etdirən video görüntülər yayılıb. Bu zaman çoxlu söyüşlər də eşidilib.
Bizim.Media