ABŞ-ın hərbi təyyarələri İraqda “İslam dövləti” qruplaşmasının mövqelərinə növbəti hava zərbələri endirib.
Moderator.az-ın İTAR-TASS agentlyinə istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı bildirib.
Zərbələr nəticəsində terrorçuların zirehli texnika, avtomobilləri, müşahidə postu və üç minaatan mövqeyi məhv edilib. Əməliyyat Mosul şəhəri ətrafındakı ölkənin ən böyük eyniadlı bəndi yaxınlığında və İraq Kürdüstanının inzibati mərkəzi Ərbildə keçirilib.
Beləliklə, ABŞ Hərb Hava Qüvvələri avqustun 8-dən “İslam dövləti” qruplaşmasının mövqelərinə 131 zərbə endirib.