Avstriyanın paytaxtı Vyanada İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə uğursuz danışıqlardan sonra İranın milli valyutası – tümən antirekordunu yeniləyib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Voice of America” nəşri yayıb.
Mənbə yazır ki, bazar günü, dekabrın 5-də İranın açıq valyuta bazarında 1 ABŞ dolları tarixdə ilk dəfə olaraq 30 450 tümənə alınıb.
Britaniya funtu isə 40 320 tümənə dəyişdirilib.
Bizim.Media