Şirkətin hesabından 37 min manat çıxaran mühasiblə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Arzu Aslanlının (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
 

Qeyd: Arzu Aslanlı fərdi sahibkarın dondurma üçün istifadə olunan çörək istehsalı ilə məşğul olan müəssisəsində mühasib vəzifəsində çalışıb. O, işə qəbul olunduqdan sonra müəssisənin maliyyə əməliyyatlarının aparılması və pul vəsaitlərinin idarə olunması ilə bağlı səlahiyyətlər əldə edib.


İttihama görə, təqsirləndirilən şəxs ona etibar edilmiş səlahiyyətlərdən və qulluq mövqeyindən sui-istifadə edərək sahibkara məxsus pul vəsaitlərini mənimsəmək məqsədi ilə cinayət planını həyata keçirib.

Belə ki, sahibkar tərəfindən maliyyə əməliyyatlarının icrası üçün verilmiş elektron "Asan İmza" vasitəsilə müxtəlif tarixlərdə müəssisənin bank hesablarından ümumilikdə 37 711,14 manat məbləğində pul vəsaiti çıxarılıb.

Məlum olub ki, həmin vəsaitlər elektron qaydada Arzu Aslanlının cinayət niyyətindən xəbərsiz olan qohumunun bank hesabına guya "xidmət haqqı üçün avans" təyinatı ilə köçürülüb.
 

Daha sonra həmin hesabdan 30 211 manat bank terminalı vasitəsilə nağdlaşdırılıb. Hesab üzrə aylıq nağdlaşdırma limiti başa çatdıqdan sonra isə qalan 7 500 manat başqa bir şəxsin işlədiyi şirkətin hesabına "borc müqaviləsinə əsasən" təyinatı ilə köçürülüb.


İstintaq materiallarına görə, təqsirləndirilən şəxs həmin şirkətin mühasibini pulun guya atasına məxsus olması barədə aldadaraq vəsaitin nağdlaşdırılmasına nail olub və bununla da mənimsənilmiş pul vəsaitlərini tam şəkildə ələ keçirib. Beləliklə, zərərçəkmiş sahibkara ümumilikdə 37 711,14 manat məbləğində maddi ziyan vurulub.

Məhkəmə Arzu Aslanlının əməlini Cinayət Məcəlləsinin 179.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə tövsif edib.
 

Nizami Rayon Məhkəməsinin hökmü ilə Arzu Aslanlı qeyd olunan maddələr üzrə təqsirli bilinərək 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilib, həmçinin 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.


Məhkəmə onun istintaq dövründə 5 ay həbsdə saxlanıldığını nəzərə alaraq həmin müddəti cəzadan çıxıb və üzərində 2 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlayıb. Hökmə əsasən, məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Bundan başqa, məhkəmə zərərçəkmiş şəxsin mülki iddiasını qismən təmin edib. Hökmə əsasən, təqsirləndirilən şəxsdən 37 711,14 manat maddi ziyan, iddia ərizəsinin hazırlanmasına görə 120 manat, auditor xidmətlərinə görə 1 200 manat və dövlət rüsumu kimi ödənilmiş 227 manat tutularaq zərərçəkmiş şəxsə ödənilməlidir. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Altı il öncə bu gün – 2 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 2 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Hikmət Hacıyev: “Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır”

Hikmət Hacıyev: “Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır”

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Səhvən sağ ayaq əvəzinə sol ayağını kəsdilər

Səhvən sağ ayaq əvəzinə sol ayağını kəsdilər

Qeyri-sabit hava ilə bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Qeyri-sabit hava ilə bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar

Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar

YAP-ın qurultayına belə gəldilər - Fotolar

YAP-ın qurultayına belə gəldilər - Fotolar

Rusiyadan xaricə pul köçürmələrinə MƏHDUDİYYƏT – Soydaşlarımızı nə gözləyir?

Rusiyadan xaricə pul köçürmələrinə MƏHDUDİYYƏT – Soydaşlarımızı nə gözləyir?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Güllü Muradovaya vəzifə verildi – FOTO

Güllü Muradovaya vəzifə verildi – FOTO

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

Uzatma kabelləri tarixə qovuşur

Uzatma kabelləri tarixə qovuşur

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Çörək UCUZLAŞACAQ?

Çörək UCUZLAŞACAQ?

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

End of content

No more pages to load

RADİO