İşğaldan azad edilmiş ərazilərdə quraşdırılan günəş panelləri ilə bağlı YENİ XƏBƏR

Azərbaycanın azad edilmiş ərazilərində indiyədək 2 500-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 8 000 kVt-dan çox olan günəş panelləri və 8000-dən artıq LED əsaslı işıqlandırma qurğusu quraşdırılıb.

Bizim.Media Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə işğaldan azad olunmuş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun 13-cü iclasında məlumat verilib.

Bildirilib ki, işıqlandırma qurğularının 43 %-i, yəni təqribən 3 500 ədədi günəş enerjisi ilə işləyən hibrid sistemlərdir.

Energetika naziri Pərviz Şahbazov vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurun yaşıl texnologiyalar və enerji səmərəliliyi prinsipləri əsasında inkişafı artıq nümunəvi modelə çevrilib və keçirilən monitorinqlərin müsbət dinamikası da bunu bir daha sübut edir.
 

Ötən iclasdan bəri dövlət başçısının Cəbrayıl, Zəngilan, Xocalı, Füzuli, Xankəndi, Şuşa və Ağdam şəhərlərinə, Xocavənd və Laçın rayonlarına səfərləri zamanı təməli qoyulan və istifadəyə verilən yaşayış məntəqələri və sosial-infrastruktur, o cümlədən enerji obyektləri barədə məlumat verilib. Bu çərçivədə Şükürbəyli kəndinin, Soltanlı kəndində "Azərenerji" ASC-nin 330 kV-luq "Şəfəq" yarımstansiyasının və Laçında su elektrik stansiyalarının açılışının həyata keçirildiyi qeyd olunub.


Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev yaşıl enerji texnologiyalarının tətbiqi çərçivəsində Cəbrayılda günəş elektrik stansiyalarının tikintisi, Kəlbəcər və Laçın rayonlarında özəl sektor hesabına 4 KSES-in inşasının, həmçinin Kəlbəcərdə külək elektrik stansiyasının tikintisinə hazırlıq məqsədi ilə ölçmə-müşahidə işləri üzrə irəliləyişləri diqqətə çatdırıb.

Bildirilib ki, azad edilmiş ərazilərdə elektrik enerjisinə olan tələbat nəinki tamamilə yaşıl enerji hesabına ödənilir, hətta yaranan əlavə güclər ölkənin ümumi enerji şəbəkəsinə də ötürülür.

Sonra Ağdam şəhərində, Xocavənd rayonunun bir sıra kəndlərində, habelə Qırmızı Bazar və Hadrut qəsəbələrində yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi üzrə monitorinqlərin nəticələrinə və Cəbrayıl rayonunun Horovlu, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərində vətəndaşların aktiv istehlakçı kimi qeydiyyatının cari vəziyyətinə dair hesabatlar dinlənilib.

İclasda yaşayış komplekslərində istilik təminatı ilə bağlı məsələlər də nəzərdən keçirilib. Müzakirələrin yekununda irəli sürülən təkliflərin həyata keçirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi barədə razılıq əldə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Altı il öncə bu gün – 2 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 2 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Hikmət Hacıyev: “Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır”

Hikmət Hacıyev: “Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır”

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Səhvən sağ ayaq əvəzinə sol ayağını kəsdilər

Səhvən sağ ayaq əvəzinə sol ayağını kəsdilər

Qeyri-sabit hava ilə bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Qeyri-sabit hava ilə bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar

Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar

YAP-ın qurultayına belə gəldilər - Fotolar

YAP-ın qurultayına belə gəldilər - Fotolar

Rusiyadan xaricə pul köçürmələrinə MƏHDUDİYYƏT – Soydaşlarımızı nə gözləyir?

Rusiyadan xaricə pul köçürmələrinə MƏHDUDİYYƏT – Soydaşlarımızı nə gözləyir?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Güllü Muradovaya vəzifə verildi – FOTO

Güllü Muradovaya vəzifə verildi – FOTO

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

Uzatma kabelləri tarixə qovuşur

Uzatma kabelləri tarixə qovuşur

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Çörək UCUZLAŞACAQ?

Çörək UCUZLAŞACAQ?

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

End of content

No more pages to load

RADİO