Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün saat 08 radələrində Oğuz rayonu ərazisində “Mercedes” və “VAZ-21099” toqquşub. Nəticədə “VAZ”ın sürücüsü , 39 yaşlı Əbdülrəhim Məmmədəliyev ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu