Gəncədə qardaşlar arasında dava qanla nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami prospektində baş verib.
İçkili vəziyyətdə olan üç qardaş arasında düşən mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Nəticədə qardaşlardan biri - Həbib Usubov kəsici alətlə özünə xəsarət yetirib. O dərhal Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu