Polşa sərhədçiləri Baltik dənizinin Qdansk körfəzində Rusiyanın “Ruslana” adlanan yük gəmisini saxlayıblar.
Bizim.Media "ria novosti"yə istinadən xəbər verir ki, hadisə şənbə günü yerli vaxtla saat 04:00 radələrində baş verib.
Belə ki, ekipaj sərhəd xidmətlərinin zənglərinə cavab verməyib. Bu səbəbdən xilasedicilər və sərhədçilər gəmiyə gediblər.
Qeyd edək ki, gəmi Sankt-Peterburqdan Qdanskın Sobyeşevski limanına doğru hərəkət edirmiş. Yükdaşıyan kapitanın və iki zabitin sərxoş olduğu iddia edilir. Məlumata görə, gəmi hazırda Qdansk limanındadır.
Bizim.Media