İranın Natanz şəhərində şənbə günü baş verən partlayışın yaxınlıqdakı nüvə obyekti ilə heç bir əlaqəsi yoxdur.
Bizim.Media xəbər verir ki, bu barədə IRNA agentliyi mənbəyə istinadən məlumat yayıb.
Hadisə nəticəsində itkilərin olmadığı qeyd edilir.
Xatırladaq ki, İranın Natanz şəhərində raketin buraxılması nəticəsində partlayış olub. Hadisəni əyalət qubernatoru təsdiq edib.
Bizim.Media