Koronavirus ən azı qarşıdakı 5 il ərzində ciddi təhlükə mənbəyi olaraq qalacaq.
Bizim.Media xəbər verir ki, belə bir qənaətə Böyük Britaniya hökumətinin Fövqəladə Vəziyyətlər Elmi Məşvərət Qrupunun (SAGE) ekspertləri gəlib.
Belə ki, sözügedən müddət ərzində səhiyyəyə təhdid yaradacaq koronavirusa qarşı peyvəndləmə və monitorinq vasitəsilə cavab tədbirləri görməyin vacib olacağı bildirilib.
Lakin peyvəndləmə və başqa tədbirlər yetərsiz olsa, bu müddət arta da bilər.
Bizim.Media