Alimlərin fikrincə, qadınların ağaclıq, park yaxınlığında yaşaması onlara faydalıdır.
Bizim.Media xəbər verir ki, İspaniya, Almaniya, İsveç və Norveçdən olan tədqiqatçılar bu qənaətə gəliblər.
18-49 yaşarası qadınlar arasında aparılan araşdırmalar nəticəsində ətraf mühitlə qadın xəstəliklərinin bağlılığı aşkarlanıb.
Belə ki, adət öncəsi gərginlik sindromu, digər adıyla predmenstrual sindrom (PMS) meşə və park yaxınlığında yaşayan qadınlarda az rast gəlinib.
Bu isə təbiətin stres, yorğunluq və müxtəlif ağrıların aradan götürülməsinə kömək etdiyinə dəlalət edir.
Bizim.Media