İsveçin paytaxtı Stokholmda keçirilən ATƏT-in Nazirlər Şurasının 28-ci iclası bu gün sona çatıb.
Bizim.Media xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde təşkilata sədrliyi Polşanın xarici işlər naziri Zbigne Rauya təhvil verib.
Qeyd edək ki, Nazirlər Şurasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib.
Bizim.Media