Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 3-də rusiyalı həmkarı Sergey Lavrovla İsveçin paytaxtı Stokholmda görüşəcək.
Bizim.Media xəbər verir ki, bunu Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında qeyd edib.
Onun sözlərinə görə, dekabrın 2-si və 3-də Ukraynanın xarici işlər naziri Dmirto Kuleba, dekabrın 3-də isə Sergey Lavrovla görüşəcək.
M.Çavuşoğlu hər iki tərəflə təmas saxladıqlarını söyləyərək onlara gərginliyi azaltmağı tövsiyə etdiklərini vurğulayıb.
Bizim.Media