Rusiyanın Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutu koronavirusun yeni ştammı "Omikron"un aşkarlanması üçün xüsusi test hazırlayıb.
Bizim.Media xəbər verir ki, bunu COVID-la mübarizə üzrə əlaqələndirmə şurasının rəyasət heyətinin iclasında qurumun sədri Anna Popova bildirib.
O, qeyd edib ki, yeni test üsulu nəinki bu və ya digər şəxsin COVID-19-a yoluxmasını aşkar etməyə, həm də virusun məhz "omikron" ştammına aid olmasını müəyyənləşdirməyə imkan verir. (Medicina.az)
Bizim.Media