Rusiya Prezidenti Vladimir Putin dekabrın 23-də illik geniş mətbuat konfransı keçirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Prezident jurnalistlərlə görüşə gələcək. Onlar həmişə olduğu kimi dövlət başçısına istədikləri sualları verəcəklər", - deyə D.Peskov bildirib.
Qeyd edək ki, mətbuat konfransında V.Putinə Qarabağ, Azərbaycan-Ermənistan dövlət sərhədinin demarkasiyası və delimitasiyası, Zəngəzur dəhlizi ilə bağlı sualların veriləcəyi ehtimal edilir. (RİA Novosti)
Bizim.Media