Norveçdə koronavirusun "omikron" ştammına ilk yoluxma halları qeydə alınıb.
Bizim.Media xəbər verir ki, Eyqarden şəhərində iki nəfərdə yeni ştamm aşkar olunub.
Qeyd olunub ki, həmin şəxslərin Cənubi Afrika Respublikasından qayıtdıqları müəyyən edilib.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun Afrikanın cənubunda aşkar edilmiş В.1.1.529 ştammını "narahatlıq doğuran variant" hesab edib.
Bizim.Media