İranda 4,5 bal gücündə zəlzələ baş verib.
Bizim.Media "Fars" agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanlar Zəncan, Qəzvin və Həmədan əyalətlərində hiss olunub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib. Zəlzələ bölgəsində əhalinin evlərindən kənarda gecələməsi ilə bağlı xəbərdarlıq olunub.
Bizim.Media