Türkiyədə “Bizim İğdır” şirkətinə məxsus avtobusun aşması 22 nəfərin yaralanmasına səbəb olub.
Bizim.Media xəbər verir ki, ağır yol-nəqliyyat hadisəsi Ərzincan-Sivas şosesində, Akarsu kəndinin yaxınlığında baş verib.
Hadisəyə səbəbin sürücünün sükanda nəzarəti itirməsi olduğu ehtimal edilir.
Avtobus yolun kənarına aşıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media