“Əcnəbilərin ölkədən deportasiya olunmasına əsasən iki hal səbəb olur: uzun müddət qeydiyyatsız qalmaq və qanunsuz əmək fəaliyyəti ilə məşğul olmaq...”
Bizim.Media xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov media nümayəndələri üçün "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda təşkil olunan mediaturda jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Bəzi hallarda əcnəbilər ölkəyə bəyan etdikləri səfər məqsədindən fərqli fəaliyyətlə məşğul olurlar ki, bu da qanunvericiliyin tələblərinin pozulması hesab edilir" - deyə o vurğulayıb.
Günay Şahmar, Bizim.Media