Fransanın 11 departamentində kəskin hava şəraiti ilə əlaqədar "narıncı" təhlükə səviyyəsi elan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə "Meteo France" milli meteorologiya xidməti məlumat yayıb.
Xəbərdarlıq Fransanın Alp dağları və Pireneylərdə yerləşən departamentlərə aiddir.
Pireney dağlarının qərbində 80 sm-ə qədər qar yağacaq, Alp dağlarında qar örtüyünün hündürlüyü 40 sm-ə qədər artacaq. Yaxın saatlarda qarın miqdarının artması gözlənilir.
Bazar günü isə meteoroloqlar buzun əmələ gəlməsinə səbəb olacaq yağış yağacağını proqnozlaşdırırlar.
Bizim.Media