Noyabrın 28-də Qırğızıstanda yeni parlament seçkiləri keçiriləcək.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, ölkə üzrə 21 siyasi partiyanın iştirak edəcəyi və 287 müstəqil namizədin mübarizə aparacağı seçkilərdə 3 milyon 703 min 420 seçici səs verəcək.
Xaricdə yaşayan ölkə vətəndaşlarının eyni gündə səs verməsi üçün 29 ölkədə 59 seçki qutusu qurulub.
Səsvermə yerli vaxtla saat 08:00-da başlayacaq və saat 20:00-da başa çatacaq.
Bizim.Media