Rusiyalı pulmonoloq Aleksandr Karabinenko koronavirusdan sağalanların ağciyərlərindəki problemin qısa müddətə bitmədiyini bildirib.
Bizim.Media "Lenta.ru"-ya istinadən xəbər verir ki, həkim koronavirusdan sonra ağciyərlərdə fibroz izlər göründüyünü deyib:
"Bu, ağır pnevmoniyadan sonra baş verir. Ağciyərlərində struktur dəyişikliyi olan insanlarda uzun müddət bərpa dövrü olacaq. Proses hətta 1 il çəkə bilər. Necə ki, 2009-cu ildə donuz qripi zamanı xəstələrdə fibroz qalıqlar 3-4 ilə belə sağalmamışdı".
Bizim.Media