Kredit götürənlərə ŞAD XƏBƏR - Bu halda borcdan AZAD olunacaqsınız

Maliyyə bazarına yeni xidmət təklif olunur. Əgər bu təklif qəbul olunsa o zaman kredit götürən şəxslərin bir qismi kredit borcundan sığortalanacaq.

Məlum olduğu kimi bir müddət əvvəl kreditlərin sığortalanmasına başlanıldı və bu sığorta hesabına dünyasını dəyişmiş şəxsin kredit borcunu sığorta şirkəti ödəyir.

İndi isə daha bir maraqlı təklif irəli sürülüb. Belə ki, kredit götürən şəxslərin işsiz qalma riskindən sığortalanmasını nəzərdə tutan yeni mexanizm hazırlanır. Qaydalar təsdiqlənərsə, müəyyən hallarda qaytarıla bilməyən kredit borclarının sığorta şirkəti tərəfindən ödənilməsi mümkün olacaq.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Vüqar Bayramov bildirib ki, hazırda borcalanların həyatı, ölümü və əmək qabiliyyətinin itirilməsi halları üzrə sığorta tətbiq olunur və bu sahə Mərkəzi Bankın qaydaları ilə tənzimlənir:
 

“Hazırlanan yeni qaydalar isə kredit götürən şəxslərin işsiz qalma riskinin sığortalanmasını nəzərdə tutur. Bildiyimiz kimi, bəzi hallarda vətəndaşlar özlərindən asılı olmayan səbəblərdən – iş yerlərinin bağlanması, işdən azad edilmələri və digər oxşar hallara görə kredit ödənişlərində çətinliklə üzləşirlər. Yeni mexanizm tətbiq edilərsə, belə hallarda kredit öhdəliyi sığorta şirkəti tərəfindən qarşılana bilər. Kredit risklərinin sığortalanması həm vətəndaşların maliyyə yükünü azalda, həm də bankların risklərini minimuma endirə bilər”.


Bəs sığorta haqqını kim ödəyəcək?

Müsahibimiz hesab edir ki, Azərbaycanda kredit faizlərinin yüksək olduğunu nəzərə alaraq, bankların faiz endirimlərinə getməklə sığorta səbəbindən yaranacaq əlavə xərcləri kompensasiya etmək mümkündür:

“Belə vəziyyətdə vətəndaş heç nə itirməyəcək. Eyni zamanda bank da xoşagəlməz hallardan sığortalanacaq. Ona görə də sığortalanması ilə bağlı yeni qaydaların qısa zamanda təsdiqlənməsi məqsədəuyğundur. Onun fikrincə, bu mexanizm həm bank sektorunda mütərəqqi dəyişikliklərə səbəb olacaq, həm də maliyyə sektorunda risklərin azalmasına töhfə verəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Güllü Muradovaya vəzifə verildi – FOTO

Güllü Muradovaya vəzifə verildi – FOTO

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

Uzatma kabelləri tarixə qovuşur

Uzatma kabelləri tarixə qovuşur

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Çörək UCUZLAŞACAQ?

Çörək UCUZLAŞACAQ?

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO