“Samsung” çip istehsalı üçün 17 milyard dollarlıq zavod tikir.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, zavod ABŞ-ın Texas ştatında, Taylor şəhərində olacaq.
Burada 1,8 min iş yerinin açılması nəzərdə tutulur. Şirkətin planlarına görə, müəssisə 2024-cü ildə fəaliyyətə başlamalıdır.
“Samsung” daha əvvəl “Qualcomm” və “Nvidia” kimi şirkətlər üçün çiplər istehsal edib.
Xatirə, Bizim.Media