ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Qətərdə ABŞ və Talibandan olan nümayəndə heyətlərinin görüşünün planlaşdırıldığını bildirib.
Bizim.Media xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
Bildirilir ki, hər iki tərəf İŞİD və Əl-Qaidəyə qarşı antiterror əməliyyatı, Əfqanıstana humanitar yardım və iqtisadiyyatın bərpası yollarını müzakirə edəcək.
Prays onu da qeyd edib ki, ABŞ nümayəndə heyətinə Əfqanıstan üzrə xüsusi nümayəndə Tom Vest başçılıq edəcək. Görüşün gələn həftə Dohada baş tutacağı gözlənilir.
Bizim.Media